"Ailə tərbiyəsi mühitindən çıxmamış adam müdir işləyir" - Fazil Mustafa
4-01-2019, 16:56
Oxunub: 3 067
Azərbaycan rayonlarının 30 faizindən çoxunda məktəbəqədər təhsil müəssisəsi, uşaq bağçaları yoxdur.
Bolgexeber.com "oxu.az"a istinadla xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
O qeyd edib ki, Azərbaycanda uşaq bağçalarına, məktəbəqədər təhsil müəssisələrinə təyinatlara diqqət etmək lazımdır.
“Çünki normal ailə düzəni olmayan insanların bura təyin olunması yolverilməzdir. Bir çox yerlərdə kimi gəldi işə götürürlər, bir uşaq tərbiyə etməmiş adam, ailə tərbiyəsi mühitindən çıxmamış adam müdirdir. Mən heç statistikanı demirəm, Azərbaycanın bütün bağçalarının siyahısını çıxarın, bu sahədə xeyli problem var.
Təbii ki, vicdanlı, təmiz, dürüst, bu işə fədakar yanaşan insanlar var. Amma çoxluq bu biri tərəfdədir. Bəs uşağı bu sistemə necə etibar etsinlər?
Digər tərəfdən, ümumiyyətlə, bir şeyi müəyyən etməliyik ki, təhsil sisteminin içində humanitar şöbələrin rolu nədir? Humanitar şöbələrin o qədər problemi var ki, onlar bağçanın, məktəbəqədər təhsil müəssisəsinin proqramını hazırlamaq imkanına malik deyillər.
Bu proqrama mütləq Təhsil Nazirliyinin özü cavabdeh olmalıdır”, - deyən millət vəkili bir daha uşaq bağçalarına müdir təyinatında, işə götürülmədə ciddi yanaşmaların olmasının vacibliyini sözlərinə əlavə edib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər