BolgeXeber.Com » Dünya » İsraildə fahişlərlə bağlı sərt qanun

İsraildə fahişlərlə bağlı sərt qanun

4-01-2019, 17:05
Oxunub: 2 941 İsraildə fahişlərlə bağlı sərt qanunİsrail parlamenti fahişələrin xidmətindən istifadəni qadağan edən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.

Bolgexeber.com"oxu.az"a istinadla bildirir ki, qanun yerli vətəndaşların və əcnəbi turistlərin pritonlarda, "əxlaqsızlıq yuvaları"nda olmasını yasaqlayır.



İlk dəfə qanunu pozan şəxslər iki min şekel (900 AZN) cərimə ödəyəcəklər. Qanun təkrar pozulduqda, cərimənin məbləği dörd min şekel (1800 AZN) təşkil edəcək. Xüsusi hallarda isə qanun pozuntusuna yol verən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək və 75 min şekel (34,3 min manat) cərimə ödəməli olacaqlar.



Maraqlıdır ki, qanun layihəsi intim xidmətlər təklif edən şəxslərə qarşı hər hansı cəza mexanizmi nəzərdə tutmur.



Qanun layihəsinin təşəbbüskarı İsrailin ədliyyə naziri Ayelet Şakeddir.