BolgeXeber.Com » Dünya » Ərdoğandan ərəb qızına sevgi etirafı

Ərdoğandan ərəb qızına sevgi etirafı

10-03-2013, 14:10
Oxunub: 3 502 “Əgər ayrı-seçkilik etsəydim, ərəb qızıyla evlənməzdim”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan həyat yoldaşının türk yox, ərəb olduğunu bildirib. Xanımının anadan olduğu Siirtdə qatıldığı açılış mərasimində çıxış edən Ərdoğan “Etnik millətçiliyə “yox” deyirik. Əgər ayrı-seçkilik etsəydim, Siirtdən bir ərəb qızıyla evlənməzdim. Niyə evlənməliydim ki?” deyə vurğulayıb.
“Ərəb qardaşımı da, türk qardaşımı da sevirəm. Əgər ayrı-seçkilik etsəydim, ərəb qızı ilə evlənməzdim. Bu hamıya eyni məsafədə dayandığımın isbatıdır” – deyə baş nazir qeyd edib.