BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda yüksək vəzifəli general vəfat etdi

Azərbaycanda yüksək vəzifəli general vəfat etdi

7-01-2019, 15:24
Oxunub: 1 398 Azərbaycanda yüksək vəzifəli general vəfat etdiƏdliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə generalı) Zahir Əlizadə bu gün - yanvarın 7-də dünyasını dəyişib.

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidinin Vida zalında keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illər ədliyyə və prokurorluq orqanlarında məsul vəzifələrdə çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Mərhum “İcra hüququ” kitabının müəllifidir.