BolgeXeber.Com » Ölkə » Hacı Qalib “darvaza məsələsi”ndən qalib çıxdı - QALMAQAL

Hacı Qalib “darvaza məsələsi”ndən qalib çıxdı - QALMAQAL

7-01-2019, 15:43
Oxunub: 3 631 Hacı Qalib “darvaza məsələsi”ndən qalib çıxdı - QALMAQAL2018-ci ilin oktyabrında Baş Prokurorluq eks deputat Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb

Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciətdir. Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilib. 3 ay əvvəl icra edilməli olan məsələ hələ də həllini tapmayıb.

Xəbər verdiyimiz kimi, Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır. Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. İş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır.

Yada salaq ki, bu ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərinin təsdiq ediblər. Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə qanunları saymadığını ortaya qoyub.

“9 aydır istintaq gedir. Qalib Salahzadə ötən ilin oktyabrında Əmlak Komitəsinin mühəndislərini bizim bağımıza buraxmır. 2 dəfə əraziyə Daxili İşlər Nazirliyinin müstəntiqləri, Əmlak Komitəsinin mühəndislərinin iştirakı ilə bağ evimizin qarşısına getmişik. Hər dəfə Qalib Salahzadə ortaya çıxıb və açıq-aşkar deyib ki, ”buraxmıram, gedin burdan, bura mənimdir". Ona deyirik ki, ərazidə sənin torpağın olduğu kimi, bizim də torpağımız var. Üstəlik, qapının açılması ilə bağlı Azərbaycan dövləti adından çıxarılmış məhkəmə qərarı da var. Deyir ki, mənlik deyil. Konkret qanunsuzluq edir, qabağına çıxan dövlət qurumu da yoxdur. Bu adam hətta Daxili İşlər Nazirliyinin işçilərini də əraziyə buraxmır. İstintaq Salahzadə Rəhiləni dindirmir. Belə çıxır ki, kim istəyir istintaqa gəlir, kim istəyir gəlmir. Mənim iş üzrə statusum da müəyyən olunmur. Qalib Salahzadə 2 evimi dağıdıb, torpağımı zəbt edib, faktiki olaraq zərrəçəkənəm. Amma məni qanunun tələb etdiyi qaydada zərərçəkə kimi tanımırlar. İşi uzadırlar. Ona görə də prezidentdən, vitse-prezidentdən xahiş edirəm ki, mənim konstitusion hüquqlarım, mülkiyyət hüququm bərpa olunsun".
“Yeni Müsavat”