BolgeXeber.Com » Dünya » “Ərin səni boşadı” – Səudiyyədə qadınlara boşanma barədə mesaj göndəriləcək

“Ərin səni boşadı” – Səudiyyədə qadınlara boşanma barədə mesaj göndəriləcək

7-01-2019, 18:09
Oxunub: 3 692 “Ərin səni boşadı” – Səudiyyədə qadınlara boşanma barədə mesaj göndəriləcəkBundan sonra Səudiyyə Ərəbistanında əri tərəfindən boşanan qadınların telefonuna onların yeni statusu barədə SMS göndəriləcək

Bununla da Səudiyyə hakimiyyəti qadınların ərləri tərəfindən heç bir xəbərdarlıq edilmədən boşanılması təcrübəsinə son qoymağı planlaşdırır.

Dünəndən etibarən Səudiyyə məhkəmələri bu növ mesajların göndərilməsinə başlayıblar. Bu yolla qadınların hüquqlarının müdafiəsi hədəflənir. Bu barədə ölkənin Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.

SMS-də boşanma barədə sertifikatın nömrəsi və qərarı qəbul etmiş məhkəmənin adı qeyd olunacaq. Sonradan qadınlar həmin məhkəmədən lazımi sənədləri götürə bilərlər.

Əri tərəfindən boşanıb-boşanmadığını bilməyən qadınlar həmçinin onlayn xidmətdən də istifadə edə biləcəklər. Onlar müvafiq saytda öz şəxsi məlumatlarını daxil etməklə evli yaxud dul olduqlarını öyrənə biləcəklər. Boşanılmış qadınlar müvafiq sertifikatın detallarını da saytdan əldə edə bilərlər.

Bu tədbirlər Şahzadə Məhəmməd bin Salman tərəfindən anonsu verilmiş "Arzu 2030” islahatlar proqramı çərçivəsində həyata keçirilir.

Bin Salman dünya ictimaiyyəti tərəfindən islahatçı kimi gözdən keçirilsə də, ötən ilin oktyabrında İstanbuldakı Səudiyyə konsulluğunda jurnalist Camal Xaşoqqinin qətlindən sonra bu imici alt-üst oldu. Səudiyyə hakimiyyəti qətl hadisəsində bin Salmanın iştirakını təkzib etsə də, dünya ictimaiyyəti bu fikirlərə etimadla yanaşmır.