BolgeXeber.Com » Sosial » Yatan işçilərə maaş veriləcək​

Yatan işçilərə maaş veriləcək​

8-01-2019, 17:13
Oxunub: 2 877 Yatan işçilərə maaş veriləcək​İşçilərin ofisdə yatması üçün səskeçirməz otaqlar hazırlanır, yuxu gətirən çaylar dəmlənir

Yuxusuzluq hər il Yaponiyaya 138 milyard dollar ziyan vurur. Bu hökuməti də hərəkətə keçirib. Səhiyyə Nazirliyi bütün işçilərin nahardan sonra 30 dəqiqə rahat yatması üçün fasilə verilməsi gərəkdiyini açıqlayıb.

Bunun qarşısını almaq üçün ən güclü iqtisadiyyata sahib olan ölkə maraqlı addım atmağa hazırlaşır. İşverənlər yuxusuz işçilərin daha çox ziyana yol açdığını nəzərə alaraq gün ərzində yuxu fasiləsi verməyə hazırlaşırlar. Artıq bəzi şirkətlər işçiləri iş saatları zamanı yatmağa təşviq etmək üçün səskeçirməz otaqlar hazırlayıb. Bu addımı ilk olaraq texnologiya şirkətləri atıb. Bənzər təcrübə bütün şirkətlərdə yayaılmağa başlayıb. Bəzi şirkətlər işçilərə hətta yuxu gətirici çaylar da verir. Bu otaqlara mobil telefonla girmək qadağandır.

Xatırladaq ki, normadanda artıq çalışmaq mədəniyyətinin geniş yayıldığı Yaponiyada bir müddət öncə çox çalışan 27 yaşlı işçi infarkt keçirərək ölmüşdü.

Şirkətlərdən biri isə daha orjinal addım atıb. Təşkilatçılıqla məşğul olan qurum ofisdə artıq qalmayan, evinə gedərək normal saatda yatan işçilərinə ballar yazır. Bu ballar toplandıqdan sonra onlara pulsuz alış-veriş imkanı təqdim edilir.

Ümumiyyətlə 28 ölkədə aparılan araşdırmaya görə, yaponlar gündə 6 saat 35 dəqiqə yatırlar. Bu isə beynəlxalq normaldan 45 dəqiqə azdır. Estoniya, Kanada, Belçika, Avstraliya, Hollandiya da isə yuxu saatı normadan çoxdur. Bu da gün ərzində əmək qabiliyyətinin artmasına yol açır.(istipress.com)