loading...
XƏBƏR LENTİ
Manatın məzənnəsi
14 yanvar 11:01
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Dilarə Əliyeva məşhurların iç üzünü açdı – VİDEO

Dilarə Əliyeva məşhurların iç üzünü açdı – VİDEO“Pulunun qədrini, və qədərini bilən Namiq Qaraçuxurludur. Bilir kimə pul xəcləmək olar, kimə olmaz”

ARB TV-nin “Pəncərə” verilişinin qonağı olan aparıcı Dilarə Əliyeva şou-biznes nümayəndələrinin bilinməyən tərəflərini açıqlayıb.

Aparıcının suallarına maraqlı cavablar verən Dilarə Əliyeva ad çəkməkdə də çəkinməyib.

“Şou-biznesin ən çox pul xəcləyəni kimdir?”

“Eşitdiyim qədəri ilə Manaf Ağayev şou-biznes nümayəndələri içərisində ən çox pul xərcləyəndir. Dostcanlıdır, əliaçıqdır. Hadisə baş verməmişdəm artıq orada olur. Əli cibində, hörməti üstündə olan adamdır. Onun şou-biznesdə təxəllüsü “Don Karleone”dir”.

“Bəs, ən simici kimdir?”

“Pulunun qədrini, və qədərini bilən Namiq Qaraçuxurludur. Bilir kimə pul xəcləmək olar, kimə olmaz”.

“Ən çox danışan kimdir?”

“Şou əhli çalışır ki, Vasif Məhərrəmlinin yanında çox danışmasın. Ürəyində söz saxlaya bilmir”.

Bəs, ən tənbəl, ən yatağanı kimdir?

“Məncə, Eyyub Yaqubov. Onun çox gözəl səsi var, amma öz üzərində çox işləməyi sevmir. Ən yatağan isə deyərdim ki, Telli Borçalıdır. Xəngəli yeyib yatır. Yatmağın dərdindən ərə də getmir”.

“Ən dalaşqan kimdir?”

“Şou-biznesdə sakit, mülayim adam yoxdur. Hər kəsin özünə görə dili də var, dilçəyi də. Aralarında yazıq bala yoxdur”.

“Uyduran, hadisələri şişirdən kimdir bəs?”

“Hadisələri şişirdən mən özüməm. Birinin üstünə beşini qoyub çatdıran, el-aləmi bir-birinə vuran, yandırıb yaxan – bu Dilarə Əliyevadır. Milçəkdən dəvə düzəltmək mənim yemimdir”.

Bölmə: Şou-Biznes | 09 yanvar 2019 13:23 | Baxış sayı: 109





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: