loading...
XƏBƏR LENTİ
Manatın məzənnəsi
14 yanvar 11:01
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Azərbaycanda hər il 20-25 min nəfər şəkər xəstəliyinə tutulur” – Mərkəz direktoru

“Azərbaycanda hər il 20-25 min nəfər şəkər xəstəliyinə tutulur” – Mərkəz direktoruBu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi var.

Bolgexeber.com xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə deyib.

O bildirib ki, xəstələrdən 53 401 nəfəri insulin, 36 963 nəfəri həm insulin, həm də şəkərsalıcı həblər, 152 862 nəfəri isə həblər tələb edən xəstələrdir.

İnsulin tələb edən xəstələrin 1600 nəfərinin 18 yaşa qədər olan uşaqlar olduğunu deyən Y.İsmizadə əlavə edib ki, qeydiyyatda olan bütün şəkərli diabet xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlara 90 ədəd insulin pompası verilib.

O qeyd edilib ki, şəkərli diabet xəstələrinin qeydiyyatı, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatının səmərəliləşdirilməsi üçün belə xəstələrin vahid registri yaradılıb: “Hər il 20-25 min yeni şəkərli diabet xəstəsi qeydiyyata alınır. Artıq Bakı şəhəri üzrə elektron registr və məlumat bazasının təkmilləşdirilməsi başa çatıb. Hazırda 65 455 şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Regionlarda bu iş 2019-cu ilin 6 ayı ərzində yekunlaşacaq”.

Y.İsmizadə şəkərli diabet xəstəliyinin profilaktikası məqsədilə tibb müəssisələrində diabet təlim məktəblərinin yaradıldığını, bu şəbəkənin genişləndirildiyini, bu il daha 12 regionda belə məktəblərin fəaliyyətə başlamasının planlaşdırıldığını vurğulayıb.
Bölmə: Müsahibə-Reportaj | 09 yanvar 2019 13:27 | Baxış sayı: 88





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: