BolgeXeber.Com » Xəbərlər » DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

10-01-2019, 09:56
Oxunub: 2 022 DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 9-da ölkədə 108 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.