İstanbul-Bakı-İstanbul reysləri ləğv edildi
10-01-2019, 10:26
Oxunub: 2 330
Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib.
Bolgexeber.com AZƏRTAC-a istinadən xəbər ki, "Türk Hava Yolları" (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da "TK 1132" saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub. Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən "Türk Hava Yolları" aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan "TK 1133" saylı uçuşu da ləğv olunub. Aviareyslər "Boeing 737-400" təyyarəsi ilə həyata keçirilməli idi.
Həmçinin THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də "TK 340" saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də "TK 341" saylı uçuşu da ləğv olunub.
İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Ehtimal olunur ki, uçuşların təxirə salınmasının səbəbi İstanbulda qeyri-sabit hava şəraiti və güclü qar yağışıdır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə