BolgeXeber.Com » Ölkə » Şimal rayonlarımıza qar yağdı

Şimal rayonlarımıza qar yağdı

10-01-2019, 11:17
Oxunub: 3 127 Şimal rayonlarımıza qar yağdıYanvarın 9-u gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

Azərtac xəbər verir ki, dağlıq ərazilərdə temperatur mənfi 9 dərəcəyədək düşüb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın qalınlığı 10 santimetrdən çoxdur. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Qırız kəndində qarın hündürlüyü 12, Xınalıqda 8, Altıağacda isə 7 santimetrdir.

Quba və Qusarın rayon mərkəzində qarın hündürlüyü 10 santimetrə çatır.