BolgeXeber.Com » Media » Əflatun Amaşov DİN-Ə müraciət edib

Əflatun Amaşov DİN-Ə müraciət edib

28-03-2011, 16:20
Oxunub: 4 252
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin döyülməsi faktı ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Bu barədə APA-ya Şura sədri özü məlumat verib. Müraciətdə hadisənin baş verməsinin araşdırılmasını xahiş etdiyini deyən Ə. Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum da jurnalistin döyülməsinin necə baş verməsini araşdırmaq niyyətindədir: “Hazırda bu məsələni araşdırırıq. Bununla bağlı bu gün Ramil Usubovla görüşüm də gözlənilir”.

Şura sədri necə baş verməsindən asılı olmayaraq, jurnalistin döyülməsinin pislənməli məqam olduğunu vurğulayıb.

Qeyd edək ki, S. Həzi martın 25-də naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib./Bolgexeber.com/