BolgeXeber.Com » İdman » "Real Madrid" keçmiş baş məşqçisini geri qaytarır - Prezident hərəkətə keçdi

"Real Madrid" keçmiş baş məşqçisini geri qaytarır - Prezident hərəkətə keçdi

10-01-2019, 12:00
Oxunub: 2 853 "Real Madrid" keçmiş baş məşqçisini geri qaytarır - Prezident hərəkətə keçdiİspaniyanın “Real Madrid” klubu baş məşqçi Joze Mourinyo ilə danışıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” informasiya yayıb.

Xəbərə görə, klubun prezidenti Florentino Perez ötən ay “Mançester Yunayted”dən qovulan 54 yaşlı mütəxəssisi yenidən kluba cəlb etmək istəyir.

Mourinyo sabiq klubundan qovulmasının müqabilində təzminatını ala bilmədiyi üçün hələlik “Real Madrid”də işə başlaya bilmir.

Qeyd edək ki, Joze Mourinyo “Mançester Yunayted”dən uğursuz nəticələrlə əlaqədar kənarlaşdırılıb. O, 2010 – 2013-cü illərdə “Real Madrid”in baş məşqçisi olub.