BolgeXeber.Com » Dünya » 8 yaşlı oğlan 61 yaşlı qadınla evləndi

8 yaşlı oğlan 61 yaşlı qadınla evləndi

11-03-2013, 10:00
Oxunub: 4 674 Cənubi Afrika Respublikasının (CAR) Tşveyn şəhərində dünyanın ən unikal nikah mərasimi və toyu olub.
8 yaşlı Sanele Masilela evlənib. Bu balaca təzə bəyin gəlini isə 61 yaşlı Helen Şebanqu idi.

The Daily Mail-ə istinadən bildirilr ki, toya dəvət edilmiş 100 qonağın qarşısında bir-birlərinin barmaqlarına üzük taxandan sonra təzə bəylə gəlin öpüşüblər.

Sanelenin valideynlərinin dediklərinə görə, bir müddət əvvəl əcdadlarının ruhları onların yuxularına girib və Sanelenin mütləq ailə qurmasını tələb ediblər.
Valideynlər də ruhları razı salmaq üçün Saneleni evləndirmək qərarına gəliblər.

Orta məktəbin 2-ci sinfində oxuyan 8 yaşlı Sanele Masilelanın toyunu təşkil etmək üçün onun valideynləri qonşuluqda yaşayan Helen Şebanquya elçi dşüblər. 61 yaşlı Helen bir qədər fikirləşib, sonra razılaşıb.
Halbuki "gəlin" ərdə idi və onun 5 uşağı vardı.

Lakin Masilela ailəsinin 120 inəkdən ibarət naxırı olduğundan onlar varlı sayılırdılar.
Helenin əri isə kasıbdı, inşaatda fəhlə işləyirdi, bəzən də çobanlıq edirdi.
Ərindən dərhal boşanan Helen Şebanqu nişan üzüyünü barmağına taxaraq yeni, 8 yaşlı ərini gözləməyə başlayıb.
İki ay sonra isə toy olub.

Elçilik və nişana 600 dollar xərcləyən Masilela ailəsi toya 1300 dollar sərf edib.
Sanele ailənin 5-ci övladı, sonbeşikdir.
Onun anası, 46 yaşlı Patiense Masilela isə deyir: "Bu toy gerçək deyil. Sadəcə ayindir. Sanele babamın adını daşıyır. 4 ay əvvəl babam və onun qardaşı əvvəl mənim, sonra ərimin yuxusuna girdilər. Onlar Sanelenin dərhal evlənməsini istəyirdilər. Babam cavan öldü. Onu nişanlı olanda qətlə yetirmişdilər və babam toyunu görməmişdi. Oğlumun toyu ilə əcdadlarımızı sevindirdik. Toy olmasaydı, oğlum əcdadlarımın ruhlarının qəzəbinə gələcəkdi və o, çox pis problemlərlə qarşılaşa bilərdi".

Tşveyn bələdiyyəsi iə bu nikahı tanımadığını bəyan edərək 8 yaşlı "ər"lə onun 61 yaşlı arvadının dərhal ayrılmalarını tələb edib. İşə polis qarışandan sonra Sanela Masilela və Helen Şebanqu ayrılıblar.
Onların hərəsi indi öz evlərində, ailələrində yaşayırlar.
Helen Şebanqu əri Alfred ilə barışıb və nikahı bərpa edib.

Sanela deyir: "Helen ilə evləndiyim üçün sevinirəm. Yalnız indi daha ciddi işlərim var. Məktəbə getməli, oxumalıyam. Böyüyəndə yenə evlənəcəyəm".

5 övlad anası Helen Şebanqunun böyük oğlunun 37 yaşı, "sonbeşiyi"nin isə 27 yaşı var.

Helenin 30 ildən bəri nikahda oldubu 65 yaşlı Alfred Şebanqu baş verənləri sakit qarşılayıb.
"Toy oldu, keçdi. Hər şey normaldır", - Alfred deyib.
milli az