BolgeXeber.Com » Bölgə » Tərtər rayon MKS-nin Mərkəzi və Uşaq kitabxanasında oxu müsabiqəsi-FOTO

Tərtər rayon MKS-nin Mərkəzi və Uşaq kitabxanasında oxu müsabiqəsi-FOTO

11-01-2019, 13:15
Oxunub: 4 210 Tərtər rayon MKS-nin Mərkəzi və Uşaq kitabxanasında oxu müsabiqəsi-FOTOBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-nin Mərkəzi və Uşaq kitabxanasında “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsinə start verilib.

Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən bir sıra tədbirlər görülmüşdür. Belə ki, məktəblərdə və cəmiyyətdə mütaliə ilə bağlı bir çox işlər görülür, açıq kitabxana layihələri, book kafelər həyata keçirilir. Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün,idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Şagirdlərdə və gənclərdə mütaliə işinin təşkilində ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək kitabxana işçilərinin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir. Məhz bunun bariz nəticəsi olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-də “Kitabların qanadlarında” adlı sürətli oxu müsabiqəsinə start verilib. 3 mərhələdən ibarət keçirilən müsabiqədə hər mərhələdən 3 nəfər fəal oxucu seçilib. Yekun olaraq final mərhələsi keçiriləcəkdir. Qaliblərə Fəxri Fərmanlar və qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində gənc fəallar kitablara olan sevgilərini nümayiş etdirirlər, birincilik uğrunda mübarizə aparırlar. Mövcud layihənin böyük marağa səbəb olduğunu nəzərə alan regional idarə bu layihəni idarənin tabeliyində olan digər şəhər və rayonlarda da təşkil edəcəkdir.

Qeyd edək ki, layihə uğurla davam etdirilir.
Bolgexeber.com