BolgeXeber.Com » Dünya » Bu timsahın dəfninə 500 nəfər gəldi - Ona heykəl qoyacaqlar - FOTO

Bu timsahın dəfninə 500 nəfər gəldi - Ona heykəl qoyacaqlar - FOTO

11-01-2019, 16:04
Oxunub: 3 990 Bu timsahın dəfninə 500 nəfər gəldi - Ona heykəl qoyacaqlar - FOTOHindistanda 500 insan timsahın dəfninə gəlib.

Bu haqda "Hindustan Times” nəşri yazıb.

Qanqaram adlı sürünən gölməçədə yaşayırdı və yaxınlıqdakı kəndlərin sakinlərinin sevgisini qazanmağa vaxt tapmışdı. Meşə təsərrüfatının nümayəndələri timsahın 130 yaşında qocalıqdan öldüyünü müəyyən ediblər.

Nəşrin məlumatına görə, Qanqaram üçün təntənəli dəfn təşkil edilib. Heyvanı qəbirə güllər və çələnglərlə bəzədilmiş traktorla çatdırıblar. Yerli sakinlərin sözlərinə görə, timsah mehriban olması ilə fərqlənirdi.

"Hətta uşaqlar onun yanında üzə bilirdilər. Timsah heç vaxt hücum etmədi və heç kəsə ziyan vurmadı. O, timsah deyildi, başqa bir şey idi”, - gölməçənin yaxınlığında yaşayan sakinlərdən biri nəşrə danışıb.

"Qanqaram çox anlayışlı idi. Əgər o, yaxınlıqda kimisə gördüsə, gölün başqa tərəfinə hərəkət edirdi”, - başqa bir sakin qeyd edib.

Qəsəbənin başçısının sözlərinə görə, timsahı sevən kənd sakinləri onun qəbrinin üzərində heykəl ucaltmağa hazırlaşırlar./publika
Bu timsahın dəfninə 500 nəfər gəldi - Ona heykəl qoyacaqlar - FOTO