Bu Avropa ölkəsinin adı dəyişdirildi
12-01-2019, 12:15
Oxunub: 3 490
Makedoniya parlamentinin deputatları ölkənin adının dəyişdirilməsi üçün konstitusiyaya düzəlişlər edilməsi haqqında qanunu təsdiqləyiblər.
RİA "Novosti" xəbər verir ki, düzəlişlər bütün mətn üzrə "Makedoniya" sözünün qarşısına "Şimali" sözünün əlavə olunmasını, konstitusiya preambulasının dəyişdirilməsini, sərhədlərin dəyişməzliyinin və ərazi bütövlüyünün təmin edilməsi və xaricdəki diasporlara dəstək üçün tədbirləri nəzərdə tutur.
"Lehinə 81 nəfər səs verdi, konstitusiyaya dörd düzəlişin hər biri qəbul olundu", - deyə parlament spikeri Tələt Cəfəri bildirib.
Ölkə konstitusiyasına dörd dəyişiklik yarıboş zalda edilib. Çünki ən böyük müxalifət partiyası olan VMRO-DPNE-nin millət vəkilləri iclası boykot ediblər və Skopyenin mərkəzində yığıncağın keçirildiyi bina qarşısında etiraz mitinqi keçiriblər.
Parlamentin təsdiq etdiyi qanunun qüvvəyə minməsi üçün Makedoniya prezidenti Georgi İvanov tərəfindən imzalanmalıdır. O isə bundan əvvəl sənədi imzalamayacağını bildirib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər