loading...
XƏBƏR LENTİ
Manatın məzənnəsi
14 yanvar 11:01
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qeyri-sağlam qidalanmadan ölüm halları reytinqi: Azərbaycan ilk onluqda

Qeyri-sağlam qidalanmadan ölüm halları reytinqi: Azərbaycan ilk onluqdaAlmaniyanın Fridrix Şiller adına Universitetinin alimləri Avropa ölkələrində qeyri-sağlam qidalanma ilə bağlı xəstəliklərdən ölüm hallarının reytinqini hazırlayıb.

Oxu.Az xəbər verir ki, 1990-2016-cı illərin məlumatları əsasında aparılmış elmi araşdırma haqqında məqalə “Daily Mail” nəşrində dərc olunub.

Zərərli qidaların qəbulundan qaynaqlanan ən yüksək ölüm halları MDB ölkələrində qeydə alınıb. Post-sovet ölkələri reytinqin ilk 11 yerini tutur. Zərərli qidaların qəbulundan ən yüksək ölüm halları Özbəkistanda qeydə alınıb. Bu ölkədə hər 100 min nəfərə 394 nəfər qeyri-sağlam qidalanma qurbanı olub.

İkinci və üçüncü yerlərdə Türkmənistan və Qırğızıstan gəlir. Daha sonra müvafiq ardıcıllıqla Ukrayna, Moldova, Azərbaycan , Belarus, Tacikistan və Qazaxıstan gəlir.

Reytinq cədvəlinə görə, altıncı yerdə göstərilən Azərbaycanda hər 100 min nəfərə qidalanma ilə əlaqəli 319 ölüm halı düşür.

Reytinq tərtib olunan zaman insanların “qidalanma vərdişlərinin” müxtəlif risk faktorlarına, o cümlədən ürək-damar xəstəliklərə, artıq çəki, yüksək qan təzyiqi, fiziki yüklənmə səviyyəsinin aşağı düşməsinə təsiri nəzərə alınıb (spirtli içkilərin qəbulu nəzərə alınmayıb).
Avropada bu baxımdan ən az ölüm halları İspaniya, İsrail və Fransada qeydə alınıb. Bu ölkələrdə hər 100 min nəfərə 43-46 ölüm halı düşür.

Alimlərin hesablamalarına görə, Avropada ölüm hallarının yarısı qeyri-sağlam qidalanma ilə əlaqəli olub.

Həmçinin tədqiqatçılar müəyyən edib ki, qadınlarla müqayisədə kişilər qeyri-sağlam qidalanmadan ürək-damar xəstəliklərinin inkişafına daha həssas olur. Qadınlar yalnız 50 yaşdan sonra bu risk qrupuna düşür.

“Biz balanslaşdırılmış və sağlam pəhrizdən yararlanmaylıq, əks təqdirdə gələcəkdə ürək xəstəliklərindən ölüm halları daha da artacaq”, - deyə araşdırmanın rəhbəri professor Stefan Lorkovski bildirib.

Onun sözlərinə görə İsveç və Norveç kimi ölkələrdə, ürək xəstəlikləri daha çox çərəz və ya taxıl mənşəli qidalara son dərəcə az müraciət edilməsi ilə əlaqəlidir. Mərkəzi və şərqi Avropada və həmçinin mərkəzi Asiya ölkələrində isə iridənli bitkilərdən istifadənin aşağı səviyyədə olması öz təsirini göstərir.

“Başqa dillə desək, ağ undan hazırlanan xəmir qidalar son illər ürək-damar xəstəliklərinin artımına təsir edən əsas faktordur”, - deyə Lorkovski bildirib.
Qeyri-sağlam qidalanmadan ölüm halları reytinqi: Azərbaycan ilk onluqda
Qeyri-sağlam qidalanmadan ölüm halları reytinqi: Azərbaycan ilk onluqda
Bölmə: Analitika | 12 yanvar 2019 14:09 | Baxış sayı: 53





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: