BolgeXeber.Com » Xəbərlər » Bakıda qəbiristanlıqda 3 günlük körpə tapılıb

Bakıda qəbiristanlıqda 3 günlük körpə tapılıb

12-01-2019, 15:40
Oxunub: 2 776 Bakıda qəbiristanlıqda 3 günlük körpə tapılıbXəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış 3 günlük qız uşağı tapılıb.

"Report"un məlumatına görə, körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib.

Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.