loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Rüfət Aslanlı ilə bağlı sensasion iddia – Xanımı ilə birgə 2 milyonluq…

Rüfət Aslanlı ilə bağlı sensasion iddia – Xanımı ilə birgə 2 milyonluq…Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsisinin rəisi Kamran Əliyevə müraciət olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyə Respublikasının “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubun nüsxəsini redaksiyamıza təqdim edib.

O bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb Razılaşmaya görə şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2 olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada qurşadırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib.

M.İyigörür həm villa, həm də birlədirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.

“Roseville Apartments” yaşayış binasında R.Aslanlıya məxsus mənzillər üçün onlarla TIR dolusu materialları göndərilib.

Şikayətçinin sözlərinə görə, Rüfət Aslanlı həyat yoldaşı Leyla Aslanlı ilə birlikdə İtaliyanin Venesiya şəhərindəki MURANO adasına gedərək orada əl istehsalı, şüşədən hazırlanmış ümumi dəyəri 80 min avro olan 65 ədəd lüstr alıb. Hər bir lüstr L.Aslanlı tərəfindən tək-tək bəyənilərək seçilib.

Onlar İtaliyanin Milan şəhərinə gedərək orada “Aslanlı” ailə nişanı ilə Milanda xüsusi toxunan 100% ipək italyan xalçalar, Milanın ən bahalı ve lüks italyan mebel firması olan “BELCOR”-dan ümumi dəyəri 410 min avro olan əl istehsalı 200-dən çox mebellər alıbılar.
M.İyigörür R.Aslanlı və L.Aslanlı ilə dəfələrlə İstanbulda şirkətin Levent ofisində və ya R.Aslanlı və ailəsinin daim qaldığı “FOUR SEASONS” hotelindəki Suitlərində iclaslar keçirdiyini bildirib. Orada ər və arvadın seçərək bəyəndiyi 3 ədəd əl istehsalı gizli kassalar, Amerika istehsalı olan divar kağızları, balkon mebelləri, yüzlərlə bəzək əşyası, “smart” ve səslə işləyən tualetlər, barmaq izi ilə açılan qapılar və “smart”, soyuduculu şərab dolabları, “Aslanlı” ailə nişanı ilə xüsusi olaraq emal edilmiş pərdələr, yataq örtükləri, qoxulu sabunlar, dəsmallar və digər məhsullar onların ünvanına göndərilib.

Mallar Amerika, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603 min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb.

Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.

M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib. Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.

Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.
Bölmə: Ölkə | 14 yanvar 2019 10:43 | Baxış sayı: 31





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: