loading...
XƏBƏR LENTİ
Manatın məzənnəsi
14 yanvar 11:01
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ildə ilk ünvanı Corat qəsəbəsidir

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ildə ilk ünvanı Corat qəsəbəsidirƏmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar aksiyaları yeni ildə də davam etdirir

Belə ki, xidmətləri vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının bu il üçün ilk ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsidir. Bütün növ daşınmaz əmlaklar üzrə qeydiyyat xidmətlərindən faydalanmaq istəyən hər bir sakin 14-18 yanvar tarixlərində saat 09:00-dan 17:00-a qədərCorat qəsəbəsi, Sülh küçəsi, 347 (İcra nümayəndəliyinin qarşısında)ünvanındakısəyyar xidmət avtobusuna yaxınlaşa bilər.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bərabər, hüquqi xidmətlər də göstərilir. Komitənin fəaliyyəti ilə bağlı vətəndaşları maraqlandıran məsələlər eləcə də, xidmət haqqı və dövlət rüsumları barədə suallar mütəxəssislər tərəfindən cavablandırılır.
Sosial əhəmiyyətli kampaniya ilə komitənin müvafiq qurumlarına getmək imkanı olmayan şəxslər rahatlıqla mülkiyyət hüquqlarını həyata keçirir. Eləcə də, sağlamlıq imkanları məhdud və yaşlı sakinlər xidmətlərdən maneəsiz şəkildə yararlanır.Qeyd edək ki, ötən il “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 22 kənd və qəsəbədə təşkil olunub.
Bolgexeber.com





Bölmə: Xəbərlər | 14 yanvar 2019 10:59 | Baxış sayı: 73





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: