“10 manat köməklik edin” - Müəllimdən valideynə məktub
14-01-2019, 15:31
Oxunub: 1 839
167 №-li tam orta məktəbdə ayaqyolu və ingilis dili otaqları tikildiyi üçün şagirdlərdən pul yığılması ilə bağlı məlumat yayılıb
Bildirilir ki, müəllim valideynlərə məktub yollayaraq hər iki otağın təmirinə görə 10 manat (hərəsinə 5 manat olmaqla) məbləğində köməklik etmələrini istəyib.
“Qafqazinfo” məsələylə bağlı sözügedən məktəbin direktoru Qasım Qasımovla əlaqə saxlayıb. Direktor bildirib ki, hazırda məktəbdə hər hansı bir təmir işi getmir:
“Sözügedən işlər sentyabr ayında görülüb. Bu zaman da sadəcə bir arakəsmə sökülüb. Yaxşı olar ki, bunu paylaşan valideyn elə birbaşa mənə müraciət etsin, məsələni araşdıraq. Bəlkə həqiqətən hansısa müəllim yalandan uşaqlardan pul istəyib.
Sentyabr ayında bu məktəbə təyin olunmuşam və elə o vaxt valideynlərlə görüşümdə bildirmişəm ki, hər hansı səbəblərdən uşaqlardan bir qəpik də yığılmayacaq. Çünki qulağıma çatmışdı ki, əvvəllər nəsə xoşagəlməz hallar baş verib. Odur ki, bu kimi məqamlarda valideynlər birbaşa mənimlə əlaqə saxlasın”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə