BolgeXeber.Com » Xəbərlər » İş adamı Sudef Məcidov ona məxsus olan marketin torpaq sənədini niyə ala bilmir?!

İş adamı Sudef Məcidov ona məxsus olan marketin torpaq sənədini niyə ala bilmir?!

2-04-2018, 17:49
Oxunub: 3 164 İş adamı Sudef Məcidov ona məxsus olan marketin torpaq sənədini niyə ala bilmir?!"Əgər Sudef Məcidov sənədlərini qanuni şəkildə hazırlayıb gətirsə və müəyyən olunmuş dövlət rüsumunu ödədiyi halda biz onun torpağının çıxarış sənədini və digər lazımi sənədləri qanuni şəkildə ona təqdim etməyə hazırıq”

Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yanında yerləşən “Masallı” marketin sahibi, İş adamı Sudef Məcidov əməkdaşlarımıza bildirib ki,fəaliyyət göstətən “Masallı” market ona məxsusdur.O Bolgexeber.com-a bildirdi ki,marketin yerləşdiyi torpağın sənədlərini rəsmiləşdirmək üçün ondan külli miqdarda-30 min pul istəyirlər.Məsələ ilə bağlı əməkdaşlarımıza danışan Sudef Məcidov daha sonra bildirib ki,o uzun illərdir burda fəaliyyət göstərir:”Mən marketin yerləşdiyi torpağa görə sənəd ala bilmirəm”Əməkdaşlarımız bu problemlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxlayıb araşdırma aparıb.Bundan başqa əməkdaşlarımız Nəsimi rayon İcra Hakimiyyətinin ərazi özünüidarəetmə şöbəsinin işçiləri ilə əlaqə saxlayıblar.Araşdırma nəticəsində bəlli olub ki, Sudef Məcidova məxsus olan “Masallı” marketin torpaq sənədi yoxdur.Ondan pul istənilməsi barədə iddialara isə cavab olaraq bildirildi ki,”torpaq sənədini rəsmiləşdirmək üçün ondan heç bir pul istənilməyib” . Əmlak Məsələləri Dövlət Komitəsi ndən və Nəsimi rayon İcra Hakimiyyətindən məsələyə münasib bildirərək dedilər ki, əgər Sudef Məcidov sənədlərini qanuni şəkildə hazırlayıb gətirsə və müəyyən olunmuş dövlət rüsumunu ödədiyi halda biz onun torpağının çıxarış sənədini və digər lazımi sənədləri qanuni şəkildə ona təqdim etməyə hazırıq”

Bolgexeber.com