BolgeXeber.Com » İdman » "Barselona" növbəti mərhələdə

"Barselona" növbəti mərhələdə

18-01-2019, 10:56
Oxunub: 3 801 "Barselona" növbəti mərhələdəFutbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Bolgexeber.com komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə iki görüş baş tutub.

"Valyadolid" doğma meydanda "Xetafe" ilə heç-heçəyə razılaşıb. İlk oyunda qələbə qazanan "Xetafe" ilk 1/4 finalçı olub.

"Valensiya" isə "Sportinq"lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağınla mərhələ adlayıblar.

İkinci oyun günündə üç görüş baş tutub. "Atletiko"nun "Jirona" ilə ev oyunu kifayət qədər məhsuldar alınıb. İlk oyunda 1:1 hesabı qeydə alınmışdısa, bu dəfə tərəflər daha bol qollu heç-heçəyə razılaşıblar. Nəticədə, səfərdə daha çox qol vuran "Jirona" "Atletiko"nu kubokdan kənarlaşdırıb.

"Sevilya" evdə "Atletik"ə, "Real" isə səfərdə "Leqanes"ə uduzmasına baxmayaraq, ilk oyundakı inamlı qələbə sayəsində mərhələ adlayıblar.

Son günə 3 qarşılaşma təsadüf edib. "Real Sosyedad"ın qonağı olan "Betis" səfərdə vurulan qollar sayəsində mərhələ adlayıb. "Espanyol" evdə "Vilyarreal", "Barselona" isə "Levante" üzərində inamlı qələbə sayəsində növbəti mərhələyə adlayıb.

İspaniya Kuboku, 1/8 finalın cavab oyunları

15 yanvar

Valyadolid - Xetafe 1:1 (ilk oyun 0:1)
Valensiya - Sportinq 3:0 (1:2)

16 yanvar

Atletiko - Jirona 3:3 (1:1)
Sevilya - Atletik 0:1 (3:1)
Leqanes - Real 1:0 (0:3)

17 yanvar

Real Sosyedad - Betis 2:2 (0:0)
Espanyol - Vilyarreal 3:1 (2:2)
Barselona - Levante 3:0 (1:2), qollar: Osçman Dembele - 30, 31, Lionel Messi - 54.