BolgeXeber.Com » Şou-Biznes » Səssiz-sədasız 250 min lirə bağışlayan Murat Boz…

Səssiz-sədasız 250 min lirə bağışlayan Murat Boz…

18-01-2019, 14:59
Oxunub: 4 414 Səssiz-sədasız 250 min lirə bağışlayan Murat Boz…Musiqi fəaliyyətinə Türkiyənin pop-starı Tarkanın bes vokalı kimi başlayan Murat Boz, son günlərdə etdiyi bir yatırımla hər kəsin diqqət mərkəzindədir

Modern.az xəbər verir ki, hazırda “O Səs Türkiyə” yarışmasının münsüflər heyətinin üzvü olan Murat Bozun 250 min Tl-ni bir dəfəyə hara yatırması musiqiçinin bütün sevənlərində sual doğurub. Ağıla ilk gələn də sevilən müğənninin bu pulu sevdiyi bir xanıma bağışlaması olub. Murat Boz özü də belə bir məbləğ bağışlaması faktını təsdiqləyib. Lakin müğənninin 250 min Tl bağışladığı ünvan sevdiyi xanım yox, Türkiyə Təhsil Vakfıdır. Bu barədə ona ünvanlanan suallara aydınlıq gətirən sənətçi bildirib ki, təhsilə köməyi olmağını istəyərək bu addımı atdı.

“Bu məbləği başlanğıc olaraq düşünürəm. Büdcəm daxilində bu fəaliyyətimi davam etdirəcəyəm”.
Murat Boz bu hərəkətiylə onu sevənləri təəccübləndirərək, bir daha könülləri fəth etdi…