BolgeXeber.Com » Dünya » Çində əhalinin sayı açıqlandı: 1,395 milyard nəfər

Çində əhalinin sayı açıqlandı: 1,395 milyard nəfər

21-01-2019, 13:56
Oxunub: 2 863 Çində əhalinin sayı açıqlandı: 1,395 milyard nəfər2018-ci ildə Çin əhalisi əvvəlki illə müqayisədə 0,38 artaraq 1,395 milyard nəfər təşkil edib.

Bolgexeber.com xəbər verir ki, bu barədə Çin Dövlət Statistikasının hesabatında deyilir.

Qeyd olunur ki, ötən il ölkədə 15,23 milyon nəfər doğulub, 9,93 milyon nəfər isə ölüb.

Ölkə əhalisinin 713,5 milyon nəfərini kişilər, 681,8 milyon nəfərini qadınlar təşkil edir. Şəhər əhalisinin sayı il əzində 1,06 faiz artaraq, ölkə əhalisinin 59,58 faizini təşkil edib.