BolgeXeber.Com » Siyasət » Timoşenko Ukrayna prezidenti ola bilər

Timoşenko Ukrayna prezidenti ola bilər

23-01-2019, 17:17
Oxunub: 3 792 Timoşenko Ukrayna prezidenti ola bilərUkraynanın sabiq baş naziri Yuliya Timoşenko bu il martın 19-da keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, namizəd olacağını rəhbəri olduğu Vətən (Batkivşina) Partiyasının dünən Kiyevdə keçirilən iclasında elan edib.

"Səhvlərim olub. Sizdən buna görə üzr istəyirəm. Həyat mənə çox şey öyrətdi. Heç zaman geri addım atmadım. Çünki bura mənim ölkəmdir", - deyə o, bildirib.

Rəqibləri onun çıxışının populist sözlərdən ibarət olduğunu deyir. Timoşenko isə seçiləcəyi təqdirdə verdiyi vədləri yerinə yetirməsə, 100 gün ərzində istefaya gedəcəyinə söz verib. Ruisya tərəfindən dəstəkləndiyi iddialarına da cavab verən keçmiş prezident hazırkı rejimin Rusiyaya xidmət etdiyini bildirib.

Ukraynadan deportasiya edilən Mixail Saakaşvili də konfransa canlı qoşularaq Timoşenkonu dəstəklədiyini açıqlayıb.

"Əgər oliqarxlar və Poroşenkonun cibinə gedən pullar olmasa, ukraynalılar üçün qaz və elektrik ucuzlaşacaq. Ukrayna supergüc ola bilər. Təki Poroşenko və dəstəsi devrilsin", - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Timoşenko iki dəfə Ukraynanın baş naziri olub.