BolgeXeber.Com » Siyasət » Vensuelada müxalifət lideri özünü prezident elan etdi

Vensuelada müxalifət lideri özünü prezident elan etdi

24-01-2019, 10:43
Oxunub: 2 983 Vensuelada müxalifət lideri özünü prezident elan etdiVenesuela müxalifətinin lideri Xuan Quaydo özünü prezident vəzifəsinin icraçısı elan edib.

Bu barədə Quaydo müxalifətin bu gün keçirilən mitinqində bəyan edib.

"Mən rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə and içirəm",- deyə bildirib.

ABŞ prezidenti Donald Tramp müxalifət liderini Venesuelanın müvəqqəti prezidenti kimi tanıdığını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün axşamdan başlayaraq Venesuelanın müxtəlif şəhərlərində hazırki prezident Nikolas Maduroya qarşı kütləvi aksiyalara start verilib.