BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib

24-01-2019, 11:17
Oxunub: 2 209 İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı" kompleksinin açılışında iştirak edib.

Bolgexeber.com bildirir ki, dövlətimizin başçısı institutun binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Sonra Prezident İlham Əliyev aqrar inkişaf könüllüləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.