XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi

Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildiTərtər şəhər İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

Bolgexeber.com xəbər verir ki, yığıncaqda Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənovun hesabatı dinlənildi. İcra nümayəndəsi bildirdi ki, ötən ilin yekunları Tərtər şəhəri üçün də uğurlu olmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da güclənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.

Artıq əhalinin işıq, içməli su problemi yoxdur. Rayonumuz 100 faiz qazlaşdırılıb. Şəhərin təmizliyinin təmin edilməsi, yaşıllıqların genişləndirilməsi və qorunub mühafizə edilməsi üçün ardıcıl tədbirlər görülüb.

Hesabat yığıncağında çıxışlar oldu. Rayon mənzil istehsalat istismar idarəsinin rəisi Hafiz Ələkbərov, su-kanal idarəsinin rəisi Elnur Abbasov, kommunal təsərrüfatı idarəsinin mühəndisi Adil Əhmədov, Tərtər Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Tərtər Regional Qaz İstismarı İdarəsi rəisinin Tərtər xidmət sahəsi üzrə müavini Müxlis Əmirov, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə çıxış etdilər. Onlar öz çıxışlarında ötən il ərzində şəhərin sosial-iqtisadi inkişafını təmin etmək və Tərtəri daha da abad, gözəl, füsünkar bir məkana çevirmək üçün görülən tədbirlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğıdan danışdılar, hazırda mövcud olan problemlərə və nöqsanlara münasibət bildirdilər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışd;, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirildi
Bölmə: Bölgə | 25 yanvar 2019 09:37 | Baxış sayı: 81





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: