BolgeXeber.Com » Siyasət » Quaido Maduro üçün amnistiyanın keçərli olduğunu bildirib

Quaido Maduro üçün amnistiyanın keçərli olduğunu bildirib

25-01-2019, 09:56
Oxunub: 2 602 Quaido Maduro üçün amnistiyanın keçərli olduğunu bildiribVenesuela Milli Assambleyasının özünü ölkənin müvəqqəti prezidenti elan etmiş spikeri Xuan Quaido bildirib ki, konstitusiya qayda-qanunun bərpasına köməklik göstərəcəkləri təqdirdə, dövlət başçısı Nikolas Maduro və onun müttəfiqlərini əfvi etmək barədə məsələni nəzərdən keçirə bilər.

“Report” xəbər verir ki, o bunu "Univision" nəşrinə müsahibəsində deyib.

"Amnistiya məsələsi gündəlikdədir, bu, qayda-qanunun bərpası üçün Konstitusiya tərəfində duran hər bir şəxs üçün zəmanətdir", - deyə Quaido bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.