BolgeXeber.Com » Mədəniyyət » “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib

“Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib

25-01-2019, 10:49
Oxunub: 4 297  “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilibBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-nin Mərkəzi və Uşaq kitabxanasında “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.

Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən bir sıra tədbirlər görülmüşdür. Belə ki, məktəblərdə və cəmiyyətdə mütaliə ilə bağlı bir çox işlər görülür, açıq kitabxana layihələri, book kafelər həyata keçirilir. Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün,idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Şagirdlərdə və gənclərdə mütaliə işinin təşkilində ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək kitabxana işçilərinin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir. Məhz bunun bariz nəticəsi olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-də “Kitabların qanadlarında” adlı sürətli oxu müsabiqəsi keçirilib. 3 mərhələdən ibarət keçirilən müsabiqədə hər mərhələdən 3 nəfər fəal oxucu final mərhələsində iştirak üçün seçilib.

Final mərhələsindən sonra isə 24 yanvar 2019-cu il tarixində qaliblərinin təltifetmə mərasimi keçirilib. Mərasimdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova, gənc oxucular və Tərtər rayon mədəniyyət işçiləri iştirak edib.

Giriş sözü ilə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsin baş məsləhətçisi, Tərtər rayon üzrə nümayəndə Ceyhun İsmayılzadə tədbir iştirakçılarını salamlayıb qeyd edib ki, “Bu gün təltifetmə mərasimində iştirak etdiyiniz “Kitabların qanadlarında” layihəsi Bərdə Regional Mədəniyyət İdarəsinin imza atdığı uğurlu layihələrdən biridir”. Daha sonra Ceyhun İsmayılzadə bildirib ki, topaqlarımızın 20 faizinin işğal altında olduğu bir dönəmdə gənclərimizin maarifləndirilməsi və mütaliəyə marağın artırılması zəruri hallardan biridir. Buhünün savadlı gənci sürətlə inkişaf edən Azərnbaycanın daha da çiçəklənməsi üçün böyük töhfələr verəcəkdir.

Regional idarənin rəis müavini Validə Nabatova isə kitabların cəmiyyətdəki rolundan söz açaraq, oxunan hər bir bədii əsərin insanlarda humanizm, səmimiyyət, ətrafdakılara diqqət və qayğı hisslərini artırdığını qeyd etdib. Müasir əsr texnologiyalar dövrü olduğundan, insanların kitabdan, mütaliədən uzaq düşdüyünü, əksər gənclərin mütaliə üçün internet məlumatlarını üstün tutduğunu söyləyən Validə Nabatova, bunun nəticəsində nitq qabiliyyətinin aşağı olmasını, söz ehtiyatının zəiflədiyini diqqətə çatdırıb. Eyni zamanda "Kitabların qanadlarında" layihəsinin əhəmiyyətindən söz açaraq, bu layihənin gənclərdə kitab oxumağa marağın artırılmasında əhəmiyyətli rol oynadığını və fərqlənən gənclərin mükafatlandırılacağını da vurğulayıb.

Daha sonra təltifolunam keçirilib. Belə ki, müsabiqələrin yekun nəticələrinə görə şəhər 1 nömrəli məktəbin VIII sinif şagirdi Xanlarzadə Arzu Vidadi qızı I yerə, VI sinif şagirdi Kərimli Nəzrin Kəmaləddin qızı II yerə, V sinif şagirdi Hüseynov Hüseyn Cəlal oğlu isə III yerə layiq görülüb. Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən qaliblərə Fəxri fərmanlar, hədiyyələr, fərqlənən oxuculara isə Sertifikatlar təqdim olunub.
Bolgexeber.com
 “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib
 “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib
 “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib
 “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib
 “Kitabların qanadlarında” başlığı altında sürətli oxu müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib