XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtərin Bəyimsarov kəndində vətəndaşların müraciətləri dinlənildi-FOTO

Tərtərin Bəyimsarov kəndində vətəndaşların müraciətləri dinlənildi-FOTOTərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Bəyimsarov kəndində oldu

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən Elxan Huseynov həyətyanı torpaq sahəsinin zəbt olunması, Rüstəm Həsənov isə əkin sahəsinə gedən su arxının təmizlənməsi barədə müraciət etdilər.
Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Bolgexeber.com
Tərtərin Bəyimsarov kəndində vətəndaşların müraciətləri dinlənildi-FOTO
Tərtərin Bəyimsarov kəndində vətəndaşların müraciətləri dinlənildi-FOTO
Tərtərin Bəyimsarov kəndində vətəndaşların müraciətləri dinlənildi-FOTO

Bölmə: Bölgə | 25 yanvar 2019 21:10 | Baxış sayı: 83





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: