BolgeXeber.Com » Siyasət » Maduro: "Çılpaq halda da görüşə gedərəm"

Maduro: "Çılpaq halda da görüşə gedərəm"

26-01-2019, 13:24
Oxunub: 2 526 Maduro: "Çılpaq halda da görüşə gedərəm"Venesuela prezidenti Nikolas Maduro müxalifət lideri Xuan Quaydo ilə çılpaq vəziyyətdə görüşməyə hazır olduğunu bəyan edib.

O, ümummilli dialoqa hazır olduğunu bildirib.

“Bu oğlanı gedib görmək lazımdırsa, gedirəm. Çılpaq gəlmək lazım olsa, gələrəm. Dialoqa hazıram”, - deyə Maduro qeyd edib.
Venesuela prezidenti əlavə edib ki, ABŞ hazır olsa, ölkəsi ona neft satmağa hazırdır. O, anti-imperialist mövqelərinə rəğmən, ABŞ-ı sevdiyini də bildirib.(Oxu.Az )