BolgeXeber.Com » İdman » FİFA prezidentindən mühüm açıqlama - Matçların yeri dəyişdirildi

FİFA prezidentindən mühüm açıqlama - Matçların yeri dəyişdirildi

29-01-2019, 11:01
Oxunub: 3 470 FİFA prezidentindən mühüm açıqlama - Matçların yeri dəyişdirildiQətərin ev sahibliyi edəcəyi 2022 FİFA Dünya Çempionatının bəzi matçları Küveytdə keçirilə bilər.

Publika.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino deyib.

Prezident Küveyt Vəliəhd Şahzadə Kubokunun finalına qatılmaq üçün Qətərə səfər edib və jurnalistlərlə konfransında bu barədə danışıb. O həmçinin turnirdə iştirak edəcək komandaların 32-dən 48-ə artırılmasından bəhs etməyin tez olduğunu qeyd edib. Əgər bu təklif qəbul edilsə, Asiyadan qatılan komandaların sayı artırılacaq.

İnfantino Küveytdə qadın futbol turnirinin təşkil edilməsindən məmnuniyyət hiss etdiyini dilə gətirib və bütün ölkələri bundan örnək götürülməsinə dəvət edib.