BolgeXeber.Com » Siyasət » Nikolas Maduro müxalifəti dialoqa çağırıb

Nikolas Maduro müxalifəti dialoqa çağırıb

29-01-2019, 12:19
Oxunub: 2 513 Nikolas Maduro müxalifəti dialoqa çağırıbVenesuela prezidenti Nikolas Maduro ölkənin müxalifət liderlərini “kişiliklərini toplamağa və milli dialoqa başlamağa” çağırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkə liderinin çıxışı onun “Twitter” səhifəsi ilə yayımlanıb.

“Mən Venesuela müxalifətini tədbirli, düşüncəli olmağa çağırıram, mən müxalifət liderlərini cürətli olmağa səsləyirəm….Milli dialoqa başlamağın vaxtı çatıb”, – deyə Maduro bildirib.

Həmçinin o, İngilis dilində ABŞ prezidenti Donald Trampdan “əlini Venesueladan çəkməsini” tələb edib.

“Tramp, Venesuelada baş verə biləcək istənilən zorakılığa görə siz məsuliyyətlisiniz, bu sizin məsuliyyətinizdir”, – deyə prezident əlavə edib.