BolgeXeber.Com » Müsahibə-Reportaj » Diaqnozu səhv qoyulan meyxanaçı DANIŞDI: "Çürümə ola bilər"-VİDEO

Diaqnozu səhv qoyulan meyxanaçı DANIŞDI: "Çürümə ola bilər"-VİDEO

29-01-2019, 13:37
Oxunub: 4 196 Diaqnozu səhv qoyulan meyxanaçı DANIŞDI: "Çürümə ola bilər"-VİDEOHəkiminin verdiyi məlumata görə, meyxanaçı gecə saatlarında ambulansla hospitala ayaqları tamamilə tutulmuş halda gətirilib

ARB TV-nin “Səhər-Səhər” verilişinin komandası meyxanaçı İntiqam Rüstəmovu xəstəxanada ziyarət edib.

Həkiminin verdiyi məlumata görə, meyxanaçı gecə saatlarında ambulansla hospitala ayaqları tamamilə tutulmuş halda gətirilib. Səhhətindəki ani problemə səbəb isə səhv diaqnoz qoyulması olub.

Səhhəti ilə bağlı son durumu meyxanaçı özü danışıb:

“Ayaqlarım əsəblə əlaqədar tutulmuşdu, indi şükür Allaha açılıb. Ayaq damarlarım dartılırdı, tərpənə bilmirdim. Sinir elə sıxılıb ki, çox böyükdür, çürümə ilə nəticələnə bilər. Rusiyada tədbirə getməli idim, bileti də qaytardım, Ehtiram isə orada idi, gəlmək istəyirdi, qoymadım. Dostlar hamı zəng etdi, Rəvan Qarayev, Namiq Məna və çox dostlar gəldi”.