BolgeXeber.Com » Siyasət » ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

30-01-2019, 09:46
Oxunub: 2 439 ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdiYanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bolgexeber.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.