BolgeXeber.Com » İdman » "Barselona" "Sevilya"nı darmadağın edərək İspaniya Kubokunun yarımfinalına çıxıb

"Barselona" "Sevilya"nı darmadağın edərək İspaniya Kubokunun yarımfinalına çıxıb

31-01-2019, 09:34
Oxunub: 3 559 "Barselona" "Sevilya"nı darmadağın edərək İspaniya Kubokunun yarımfinalına çıxıb"Barselona" klubu İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Sevilya"nı qəbul edib.

"Nou Kamp" stadionunda keçirilmiş görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

"Barsa"dan İvan Rakitiç, Serxi Roberto, Luis Suares, Lionel Messi və Filippe Koutinyo (iki dəfə) fərqlənib. "Sevilya"nın yeganə qolunu Gilyerme Arana vurub. Qarşılaşmanın 27-ci dəqiqəsində Ever Baneqa penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, ilk görüşdə "Sevilya" 2:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki görüşün nəticəsinə əsasən, yarımfinala "Barselona" yüksəlib. Növbəti mərhələdə rəqib "Betis" olacaq. Digər yarımfinalda isə "Valensiya"nın rəqibi "Real Madrid" - "Jirona" cütünün qalibi olacaq. İspaniya Kubokunu son olaraq, "Barselona" qazanıb.