BolgeXeber.Com » Dünya » Monika Beluççi və Xəzərin qara kürüsü

Monika Beluççi və Xəzərin qara kürüsü

13-03-2013, 17:20
Oxunub: 5 096 Bizdə qara kürü deyəndə ilk növbədə ağlımıza varlı adamlar gəlir ki, bu da təbiidir.Çünki 120 manat pensiyanın ümidinə qalan kilosu 1000-2000 manata qara ikra almayacaq ki?! Bu yazını yazmağa məni sövq edən əslində Monika Beluççi oldu. Daha doğrusu onunla şəxsi tanışlığım yoxdur,sadəcə Monikanın bir fotosu diqqətimi xüsusi cəlb etdi. Bu yaxınlarda,50 yaşı olmasına baxmayaraq kişiləri öz gözəlliyi ilə heyran etməkdə davam edən məhşur fotomodel və aktirisa lüt bədənin ön hissəsinə qara ikra yaxılmış şəkildə poz verib barmağı ilə də kürünü bir balaca dadan fotosunu gördüm. Ola bilsin fotonu çəkən fotoqraf bununla gözəl qadın bədəninin dadlı, cazibəli olmasını və buna oxşar” utanmaz “ fantazyalarını xüsusi qeyd etmək istəyib.Ancaq hər bir halda inanmıram ki, məqsəd qara kürünü reklam etmək olub.Çünki qara kürü Avropada nə qədər baha olsa da insandan üstün sayılmır və sivil dünyada belə şeylərə adi gözlə baxırlar. Bizdə isə bütün yerüstü və yeraltı faydalı sərvətlər kağızda xalqa məxsus olsa da faktiki olaraq onlardan ancaq məmurlar yararlanır.Əlbəttə kasıba qara ikra almaq qadağan deyil, amma necə deyərlər puluna minnət. Bu baxımdan bizim tipik insanın italiyalı qadının şəklindən nə qədər xoşu gəlsə də, belə pozu qudurğanlıq və tərbiyəsizlik sayacaq. Fikirləşirəm ki doğurdan da dəhşətdir.Qara qızıl sayılan nefti bizdə qara camaat min bir əziyyətlə çıxarır. Qara ikra Xəzər dənizindən elə qara balıqçı tərəfindən zəhmətlə əldə edilir. Ancaq qara kürü kvotaya -zada məhəl qoyulmadan tonlarla, neft isə milyonlarla barrellər ilə xaricə satılısa da, onlardan əldə olunan milyardlarla manat pul həmin pulun əsl sahibinə- xalqa, həmin o balıqçıya, neftçiyə qəpik-quruş şəklində çatır. Əgər fikir vermisinizsə kasıb süfrəsində qara kürü olmur, olsa da badımcan kürüsü olur.Əlbəttə Monika gözəl qadındır, sahibinə qismət. Ancaq niyə görə bizim varlı ölkənin sadə vətəndaşlarının qisməti bu cür olmalıdır?!Hər-halda bizim millət daha yaxşı yaşamağa layiqdir.Özü də söhbət nə 1kilo ikradan, nə də ikranın baha olmasından yox, xalqa qarşı “vnimatelni” olmaqdan gedir.
P.S.Deyirəm, ikra da əksəriyyət üçün Monika Beluççi kimi əlçatmaz olduğundan çoxlarına elə ancaq baxmaq qalacaq...
Qafqazregion.az