BolgeXeber.Com » Dünya » Necatı Şaşmaz xəyanətə görə 10 milyon istəyir

Necatı Şaşmaz xəyanətə görə 10 milyon istəyir

31-01-2019, 16:58
Oxunub: 3 685 Necatı Şaşmaz xəyanətə görə 10 milyon istəyir“Kurtlar vadisi” serialının Polat Elemdarı kimi məşhurlaşan aktyor Necati Şaşmaz həyat yolaşından 10 milyon lirə təzminat tələb edir.

Moderator24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 7 illik həyat yoldaşı Nagehan Şaşmazı xəyanətdə ittiham edərək ondan külli miqdarda təzminat tələb edir.

Aktyorun vəkili Anadolu Ailə Məhkəməsinə təqdim etdiyi boşanma ərizəsində bildirib ki, tərəflərin evlilik birliyi Nagehan Şaşmazın ağır qüsurlu hərəkətləri nəticəsində təməldən sarsılıb.

Bu səbəblə uşaqların vəlayəti ya ataya, ya da hər iki valideynə ortaq verilsin.

Ərizədə eyni zamanda alman vətəndaşı olmaları səbəbiylə uşaqların xaricə çıxışına qadağa qoyulsun.