Azərbaycanda 3 qəzet fəaliyyətini dayandırdı
1-02-2019, 11:27
Oxunub: 4 373
Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb.
Qaynarinfo xəbər verir ki, "Unikal" qəzeti bundan sonra nəşr olunmayacaq. Bu barədə qəzetin baş redaktoru Asəf Quliyev məlumat verib.
"Unikal" qəzeti 9 ildir fəaliyyət göstərirdi. Bundan əvvəl isə "Bizim Yol" və "Reytinq" qəzetlərinin fəaliyyətinin dayandırıldığı açıqlanmışdı
Qeyd edək ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları sərtləşdirib. Yeni şərtlərdə bildirilir ki, Fondun müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, qurumun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.
Bu qərardan sonra 20-yə yaxın qəzetə maliyyə yardımının kəsiləcəyi deyilir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər