BolgeXeber.Com » Şou-Biznes » Şəbnəm Tovuzlu cah-cəlallı evini göstərdi - VİDEO

Şəbnəm Tovuzlu cah-cəlallı evini göstərdi - VİDEO

1-02-2019, 13:06
Oxunub: 5 439 Şəbnəm Tovuzlu cah-cəlallı evini göstərdi - VİDEO“Xəzər” TV-də yayımlanan “Evdəkilərə salam” verilişi bu dəfə daha bir məşhurun yaşadığı evə üz tutub

Verilişin komandası tanınmış müğənni Şəbnəm Tovuzlunun cah-cəlallı mənzilində qonaq olub.

Bolgexeber.com xəbər verir ki, veriliş ad günü öncəsi sənətçinin xoş gününə necə hazırlaşdığını lentə alıb.

Sənətçi sonra doğum günü məclisinə yollanıb. Diqqət çəkən məqamlardan biri isə Tovuzlunun makiyajsız halda kamera önünə çıxması olub.

Şəbnəm sənəti və ailəsi haqqında bəzi məqamlardan danışıb:

“Biz müğənniyik, insanlara maraqlıyıq, bu, normaldır. Mənim uşağım da, həyat yoldaşım da, geyimlərim də, avtomobillərim də hər kəsə maraqlıdır. Bir tək ifamdan və oxuduğum mahnılardan başqa. Hər kəs mənim şəxsi həyatımla maraqlanır. Mən bunu çox normal qəbul edirəm”.

Müğənni Şəbnəm Tovuzlunun “Evdəkilərə salam” verilişində sənəti və ailəsi haqqında etdiyi səmimi etirafları təqdim edirik: