XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO

Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTOTərtər rayonunda 2 fevral-Gənclər Gününə həsr olunmuş umumrayon tədbiri keçirilib

Bolgexeber.com xəbər verir ki,tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.

Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir.

Müasir Azərbaycanın gənclər siyasəti Ümumilli liderin adı ilə bağlıdır. Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütamadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq forumlar təşkil edildi.

Məhz I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov bildirdi ki, Tərtər rayonunun gəncləri dövlət başçısının Respublikanın gənclərinə göstərdiyi diqqət və qayğısına öz əməli işləri ilə cavab verirlər.

2018-ci il ərzində rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclər sahəsi üzrə il ərzində 34 , idman sahəsi üzrə 25 tədbir hazırlanıb həyata keçirilmiş, gənclər sahəsi üzrə 16, idman sahəsi üzrə 13 tədbirdə iştirak edilmişdir. Tarixi günlər və bayramlarla əlaqədar gənclərin toplantıları təşkil olunmuş, “dəyirmi masa”lar keçirilmiş, gənclərin arzu və təklifləri öyrənilmişdir.

2018-ci ilin “Cümhuriyyət ili” elan olunması ilə əlaqədar sərbəst güləş üzrə 6 rayonun komandalarının iştirakı ilə açıq zona birinciliyi, Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş boks üzrə rayon birinciliyi, futbol , voleybol, kross və şahmat yarışları, ”Beynəlxalq ahıllar günü” münasibətilə ahıllar arasında nərd üzrə rayon birinciliyi, intellektual yarışlar və eləcə də inşa yazı müsabiqələri keçirilmişdir.

Bundan başqa ötən ilin oktyabr ayında rayonumuzda RİH-nin, idarəmizin və GİN-nin birgə təşkilatçılığı ilə elə məhz bu zalda “Cümhuriyyətin varisləri-Azərbaycanın gələcəyi” Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan gənclərin də iştirakı ilə zona toplantısı keçirilmişdir. Elə həmin toplantıda rayonumuzdan 10 nəfər fəal gənc seçilərək VIII Respublika Forumuna qatılmışdır və məhz vətənpərvərlik mövzusunda rayonumuzun fəal gənci kimi Tünarə Məmmədzadə hərbi vətənpərvərlik mövzusunda çıxışı ilə Foruma öz damğasını vurmuşdur.

Rayonumuzun idmançıları ötən il beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliyində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb.

Rayonun gənc idmançısı boks üzrə üçqat Azərbaycan çempionu, yeniyetmələr üzrə yığma komandanın kapitanı Murad Allahverdiyev avqust ayında Serbiyada keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb. Oktyabr ayında isə Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan başqa, boks üzrə yeniyetmələrin Azərbaycan çempionatında Murad Allahverdiyev birinci, Sənan Əhmədov ikinci, Hüseyn İsazadə və Təbriz Nərimanov isə üçüncü yeri qazanıblar.

Məşqçi-müəllim kimi fəaliyyət göstərən Faiq Məmmədov Əməkdar məşqçi, gənclərin respublika çempionatında ən yaxşı məşqçi adlarına, boksçu Murad Allahverdiyev isə idman ustası adına layiq görülüb.

Bakıda keçirilən boks üzrə gənclərin Azərbaycan çempionatında Məhərrəm Məhərrəmzadə birinci, Elşən Cəbizadə üçüncü, boks üzrə məktəblilərin respublika birinciliyində Rəvan Quliyev birinci, Təbriz Nərimanov ikinci, Məmməd Quliyev və Hüseyn İsazadə üçüncü yeri tutublar.

Kikboksinq üzrə Bakıda keçirilən dünya çempionatında Fərid Qəhrəmanov, Qədir Bərxudarlı, Toğrul Nəcəfli, Nurlan Nəcəfli, Əli Cəfərzadə, Sərxan Fərəczadə və Tural Qafarov birinci, Murad Qurbanov və Banuçiçək Vəlizadə ikinci, Amil Şirinzadə isə üçüncü yerə layiq görülüblər. Ümumilikdə, ötən il kikboksinq idman növü üzrə rayonun komandası 7 zona çempionatında iştirak edərək, 284 medal gətirib. Rayonun sərbəst güləşçiləri də respublikanın müxtəlif regionlarında keçirilən yarışlarda yüksək nəticələr qazanıblar. Yanvarın 26-da Yevlax şəhərində sərbəst güləş üzrə Yeniyetmələr arasında keçirilən zona birinciliyində güləşçimiz Tahirzadə Ramal Zaur oğlu 51 kq çəki dərəcəsində 1-ci yeri tutaraq fevral ayında keçiriləcək Respublika çempionatında iştiraka vəsiqə qazanıb.

Çıxışının sonunda E.Pənahov bir daha gəncləri bayram münasibəti ilə təbrik edərək, bildirdi ki, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacağıq.

Sonra gənclər adından Umudlu kənd tam orta məktəbin informatika müəllimi Şəbnəm İnqilabzadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mərziyyə Əmirxanlı, polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Ülvü Aslanov, mərkəzi rayon xəstəxanasının polikilinika şöbəsinin tibb bacısı Aygün Cəfərli, “N” saylı hərbi hissənin gənc zabiti Zamir Mənsimov çıxış edərək öz ürək sözlərini bildirdilər. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsaslı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs ettdilər. Son zamanlar anti-Azərbaycançı şəbəkələrin dəstəyi ilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikal müxalifətin çağırışlarını qətiyyətlə rədd etdiklərini, Möhtərəm cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi etimadı layiqincə doğruldacaqlarını bildirdilər.

“Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, Tərtər rayon prokuroru Şıxəli Alməmmədov çıxış edərək gəncləri təbrik etdilər, onlara dövlətimizə layiqli bir gənc olmağı və gələcək işlərində müvəffəqiyyətlər arzuladılar.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə bütün Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı.
Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il təntənə ilə qeyd olunduğunu vurğulayan rayon rəhbəri ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından da danışdı.

Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayıb.

Rayonda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı bildirdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.

Toplantıda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

Tədbir Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin hazırladığı konsert proqramı ilə davam etdirildi.
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi-FOTO
Bölmə: Bölgə | 02 fevral 2019 18:32 | Baxış sayı: 63





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: