BolgeXeber.Com » İqtisadiyyat » Şadlıq sarayı borca görə hərraca çıxarıldı - Azərbaycanda

Şadlıq sarayı borca görə hərraca çıxarıldı - Azərbaycanda

4-02-2019, 13:16
Oxunub: 7 320 Şadlıq sarayı borca görə hərraca çıxarıldı - AzərbaycandaAdı açıqlanmayan şadlıq evi hərraca çıxarılıb.

Axar.az xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən şadlıq sarayı sahibinin borcu olduğuna görə müsadirə edilib. Müsadirədən sonra İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə verilən şadlıq evinin satılması üçün hərrac təşkil edilib.

Şadlıq sarayının satılması üçün 5 mart tarixində hərrac keçiriləcək. Obyekt üçün müəyyən edilən ilkin start qiyməti 39.000 manatdır.