BolgeXeber.Com » İqtisadiyyat » Şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin təmirinə maliyyə vəsaiti ayrılıb (SİYAHI)

Şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin təmirinə maliyyə vəsaiti ayrılıb (SİYAHI)

4-02-2019, 18:39
Oxunub: 2 038 Şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin təmirinə maliyyə vəsaiti ayrılıb (SİYAHI)Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncamda qeyd olunur ki, Azərbaycanın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 685 830 (iyirmi bir milyon altı yüz səksən beş min səkkiz yüz otuz) manatı bu sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Dam örtüklərinin təmiri nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı
Sıra
№-si Şəhər, rayon Dam örtüklərinin təmiri nəzərdə tutulmuş 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar
Sayı, ədəd Sahəsi, kv.m. Ayrılan vəsait, min manat
5 şəhər və rayon üzrə cəmi379 434 879,0 21685,83
o cümlədən:
1. Gəncə 50 49449,0 2472,57
2. Sumqayıt 263 291406,0 14007,43
3. Şəki 28 42119,0 2483,07
4. Şirvan 30 40048,0 2053,23
5. Qazax 8 11857,0 669,53