BolgeXeber.Com » Dünya » Hindistanlı doğulduğu üçün valideynlərini məhkəməyə verir

Hindistanlı doğulduğu üçün valideynlərini məhkəməyə verir

5-02-2019, 11:40
Oxunub: 3 207 Hindistanlı doğulduğu üçün valideynlərini məhkəməyə verirHindistan vətəndaşı doğma valideynlərini məhkəməyə vermək niyyətindədir.

Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı Rafael Samuel valideynlərindən onu icazəsiz dünyaya gətirdiklərinə görə şikayətçi olacaq.

Mumbai şəhər sakini olan R. Samuel antinatalistlər hərəkatının üzvü olduğunu bildirib. Bu hərəkatın üzvləri hesab edirlər ki, bu dünyada uşaqları yalnız əzab gözləyir, bu üzdən insanlar dünyaya uşaq gətirməməlidirlər.

R. Samuel uşaqların dünyaya gəlməsini və tərbiyə edilməsini insan oğurluğu və quldarlıqla müqayisə edir.