BolgeXeber.Com » Ölkə » Bərdədə iki azyaşlını küçəyə atan qadın barədə CİNAYƏT İŞİ başlandı
Bərdədə iki azyaşlını küçəyə atan qadın barədə CİNAYƏT İŞİ başlandı
5-02-2019, 18:41
Oxunub: 2 633
Bərdə rayonunda iki azyaşlı uşağın küçəyə atılması ilə bağlı cinayət işi başlanılıb.
Bolgexeber.com Trend-ə istinadən bildirir ki, Qazaxın Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Osmanovanın iki azyaşlı uşağı şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün Bərdə rayonu, S. Vurğun küçəsinə ataraq getməsi faktı ilə bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsilə cinayət işi başlanıb. Cinayət işi istintaq edilməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.
Hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq hərəkətləri aparılır.
Bundan başqa, uşaqların təhlükəsizliyinin təmin edilməsi və aidiyyəti üzrə təhvil verilməsi üçün Rayon İcra Hakimiyyəti, xəstəxana və polis şöbəsinə məlumat verilib.
Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə