BolgeXeber.Com » Xəbərlər » Füzulinin işğaldan azad olunmuş əraziləri yaşıllaşdırılır-FOTO

Füzulinin işğaldan azad olunmuş əraziləri yaşıllaşdırılır-FOTO

6-02-2019, 10:45
Oxunub: 15 683 Füzulinin işğaldan azad olunmuş əraziləri yaşıllaşdırılır-FOTOVerilən təlimat və tapşırıqlara uyğun olaraq son illər Füzuli rayonunda yaşıllaşdırma işləri sürətlə həyata keçirilir

Rayonun işğaldan azad olunmuş ərazilərində 12694 ədəd çinar, 129120 ədəd tut, 2000 ədəd qoz ağacı, 130000 ədəd gül kolu əkilmişdir. Təkcə Horadiz şəhərində əkilən ağac və güllərin sayına və tərkibinə nəzər salsaq görülən işlərin miqyası aydın olar. Belə ki, Horadiz şəhərində 6280 ədəd Eldar şamı, 3018 ədəd Leylandra, 400 ədəd Amerikanka, 33 ədəd sərv, 84 ədəd Buksus, 825 ədəd yerli yolka, 1324 ədəd Ebomus, 28 ədəd yasəmən,52 ədəd yolka spiral, 24 ədəd yolka kremlyovski,17 ədəd tikanlı astra,447 ədəd aylandra,32 ədəd Yolka pramida, 8 ədəd əzgil,28 ədəd sekas, 48 ədəd Maqnoliya, 4034 ədəd Karli qızıl gül, 19500 ədəd yerli qızıl gül olmaqla cəmi 12648 ağac və 23534 ədəd gül əkilib.


Bu barədə Bolgexeber.com-a Füzuli rayon İcra Hakimiyyətindən məlumat verilib.


2019-cu ildə Horadiz şəhərinin yaşıllıq mənzərəsini zənginləşdirmək məqsədilə daha 1000 ədəd çinar, 2100 ədəd Leylandra, 2 ədəd yolka Pramida, 1200 ədəd gül də əkilib.


“Füzuli rayonunda yaşıllıqların salınması kimi yaşıllıqların qorunması, onlara lazımi qulluq göstərilməsi də daim diqqət mərkəzində saxlanılır.

Bütün bu görülən işlərə verilən ən böyük qiymət isə cənab prezident İlham Əliyevin Füzuliyə beşinci səfəri zamanı işlətdiyi “Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük” ifadəsidir”,- İcra Hakimiyyətindən bildirilib.
Füzulinin işğaldan azad olunmuş əraziləri yaşıllaşdırılır-FOTO
Füzulinin işğaldan azad olunmuş əraziləri yaşıllaşdırılır-FOTO
Füzulinin işğaldan azad olunmuş əraziləri yaşıllaşdırılır-FOTO
Füzulinin işğaldan azad olunmuş əraziləri yaşıllaşdırılır-FOTO